Ölkə
“Sumqayıt” FK Novruz bayramı ilə əlaqədar xüsusi internat-məktəbi ziyarət edib
Sumqayıt, 18 mart,
AZƏRTAC“Sumqayıt” Futbol Klubunun nümayəndələri Novruz bayramı ilə əlaqədar İlaxır çərşənbə günü Sumqayıt şəhərində yerləşən sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi tipli internat-məktəbi ziyarət edib.
“Sumqayıt” FK-nın mətbuat xidmətindən
AZƏRTAC–a bildirilib ki, klub rəhbərliyinin qatıldığı ziyarətdə uşaqlara idman geyimləri və müxtəlif hədiyyələr təqdim olunub.