İqtisadiyyat
Süleyman Rüstəm küçəsində təmir işləri davam etdirilir
Bakı, 10 mart,
AZƏRTACBakının Süleyman Rüstəm küçəsində təmir işləri davam etdirilir. Uzunluğu 220 metr, hərəkət hissəsinin eni 15 metr olan küçədə köhnə asfalt-beton örtüyünün qaşınması başa çatdırılıb.
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən
AZƏRTAC-a bildirilib ki, hazırda küçədə beton səki daşları mərmər səki daşları ilə əvəzlənir. Yaxın günlərdə isə yeni asfalt-beton örtüyünün döşənməsinə başlanılacaq.