Ölkə
Sudan xarici işlər naziri: “Fәlәstin xalqının problemi bizim üçün bir nömrәli mәsәlәdir”
[ 18 Mart 2015 14:16 ]
“Beynәlxalq tәşkilatları Fәlәstin problemi ilә bağlı düzgün, әdalәtli mövqe nümayiş etdirmәyә çağırıram”
Bakı. Məlahət Nəcəfova – APA. “Mәn regional vә beynәlxalq tәşkilatları Fәlәstin mәsәlәsi ilә bağlı düzgün, әdalәtli mövqe nümayiş etdirmәyә çağırıram”.
APA-nın xəbərinə görə, bunu Azərbaycanda səfərdə olan Sudan xarici işlər naziri Ali Ahmed Karti deyib.
Nazir bildirib ki, Fәlәstin xalqının problemi onlar üçün bir nömrәli mәsәlәdir: “Bu, İslam Әməkdaşlıq Təşkilatı çәrçivәsindә öz hәllini tapmalıdır”.