Mədəniyyət

Sözün də su kimi lətafəti var

Metbuat.az

Bakı, 17 mart, Z. Mansurova,

AZƏRTAC

Martın 19-dan 23-dək Azərbaycan Yazıçılar Birliyinin (AYB) Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin (BTƏƏM), “Kitabçı” jurnalının, “www.ayb.az”, “www. news.az” saytlarının və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Su mövzusunda” I Bakı beynəlxalq poeziya festivalı keçiriləcək.


BTƏƏM-in sədri, şair Səlim Babullaoğlu

AZƏRTAC

-a müsahibəsində bildirib ki, festivalın devizi dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Sözün də su kimi lətafəti var” misrasından götürülüb.


Festival çərçivəsində martın 20-də Alman-Azərbaycan Mədəniyyət Mərkəzi - Kapellhausda “100 dəqiqə şeir” mövzusunda poeziya və musiqi axşamı keçiriləcək.


Festivalda Finlandiya, Serbiya, Rusiya, Belarus, Özbəkistan, İran və Türkiyədən nümayəndələr iştirak edəcəklər. Tədbirlərdə Ataol Bəhramoğlu, Toni Kontino, Milissa Yeftiyemeviç-Litiç, Sergey Lovyuk, Soodat Muxammadova və başqalarının yaradıcılığından bədii nümunələr səsləndiriləcək.


Festivalda sevgi, mərhəmət, qardaşlıq, anlaşma, bahar, gözəllik təbliğ olunan şeirlər, mahnılar ifa olunacaq.