Sosial

Siz siz olun, yuxusuz qalmayın

Metbuat.az
Xroniki yuxusuzluq ürək-damar sistemi xəstəlikləri riskini artırır

Gecə yuxusunun çatışmazlığı arterial təzyiqi artırır. Milli.Az Rusiya KİV-ə istinadən bildirir ki, Mayo klinikasının əməkdaşları bu istiqamətdə araşdırma aparıblar. Məlum olub ki, ürək və damar sistemi xəstəliklərinin yaranmasının ən əsas səbəbi yuxusuzluqdur.



16 gün davam edən tədqiqatda yaşları 19-dan 36-ya qədər olan 8 nəfər sağlam insan iştirak edib. Könüllülər ilk 4 gündə yeni şərtlərə alışıblar. Sonrakı 9 gün ərzində onlar ya 4 saat, ya da 9 saat yatıblar. Qalan üç gün bərpa müddəti olub. Alimlər hər mərhələdə onların arterial təzyiqlərini ölçüblər.



Könüllülərin az yatdıqları günlərdə arterial təzyiqləri orta hesabla 115-in 64 millimetrə olub. Onlar 98 saat yatanda isə təzyiqləri 105-in 57-yə olub.



Yuxu azlığı zamanı təzyiq azalmayıb, ancaq ürək çatışmazlıqları çox olub.



Milli.Az