Dünya

Siyasətçi qadının açıq-saçıq geyimi qalmaqala səbəb oldu (FOTO)

Metbuat.az

Kopenhagen universitetinin 21 yaşlı tələbəsi Nikita Klaestrup danimarka siyasi təşkilatının 110 illik yubileyinə açıq-saçıq paltarda gəlməklə qalmaqala səbəb olub.



ANS PRESS-in məlumatına görə, Nikita bu siyasi təşkilatın yerli bölməsinin rəhbəridir.



Siyasi təşkilat "Gənc mühafizəkarlar" (Konservativ Ungdom) adlanır.



Nikita geyiminə görə qətiyyən utanmayaraq öz seçimini gözəl görünməklə izah edib.



Bundan başqa, o ümumiyyətlə şəkil çəkdirməyi sevdiyini və siyasi fəaliyyətinə görə heçnədən çəkinmədiyini qeyd edib.







Mənbə
ANS PRESS