Sindinin gözəl qolları
un yaxınlarda 50 yaşı olacaq, amma o, əvvəlki kimi ən seksual top-modellərdən hesab edilir və fotoları indi də populyar jurnalların üz qabığını bəzəyir.
Milli.Az xarici KİV-ə istinadən bildirir ki, supermodel xoşbəxt qadın və ana olmaqla yanaşı, məşhur brendlərin siması, istənilən nəşrin tirajını qaldıra biləcək fotosessiyaların qəhrəmanıdır. Ona baxanda bu gözəlliyin təbiətdən gəldiyini zənn etmək olar, amma…
Amma tam belə deyil. Yəni Sindi gözəlliyi üçün gündə müəyyən vaxt ayırır. O, qaçır, pilates və rəqslə məşğul olur, həmçinin gəzintiyə çıxır.
İş qrafikinin sıx olmasına rəğmən Sindi həftədə iki dəfə xüsusi əzələ qrupunun məşqinə xüsusi diqqət ayırır: ayaqları, qarnı (pressi), sinəsi, qolları, yanları və çiyinləri.
Top-model xanımlara çiyinlərin gözəl olması üçün qollarını növbəli olaraq qaldırıb-endirməyi məsləhət görür.
Bunun üçün qantel və ya su ilə dolu butulkalar lazımdır.
Gözəl qollarının olmasını istəyənlər, düz dayanın, ayaqlarınızı çiyin bərabərində aralayın, qantel və ya butulkaları əllərinizdə tutun, əllərinizi aşağı salın və azacıq dirsəkdən bükün.
Kürəyinizi düz saxlayın, növbəli olaraq əllərinizi qaldırın: bu zaman əlinizdəki yük çiyninizlə bir xətt üzərində olmalıdır, sonra tələsmədən əlinizi salın. Hər əlinizi 12-15 dəfə qaldırıb-endirməklə bu məşqi 3-4 dəfə təkrarlayın.
Milli.Az