Sinan Akçıl Ebrudan ayrılması haqda danışdı
Axşam.az-ın “Hürriyət”ə istinadən məlumatına görə, verilişlərin birinə telefonla zəng edən Sinan bunları deyib: “Əslində, danışmaq istəmirdim. Çünki ayrıldıqdan sonra nəsə demək düzgün deyil. Ancaq gördüm ki, bəzi şeylər səhv başa düşülür. Çox gözəl məsəl var:
“Yuvanı dişi quş qurar”. Mən də bu deyimə inanırdım. Münasibətlərin bitməsi ilə bağlı qərarlarda qadının sözü hər zaman üstünlük təşkil edir və kişilər də nəticə ilə ayaqlaşmalı olur. Son bir həftədir ki, bəzi problemlərimiz yaranmışdı. Bu yaxınlarda yenidən bir araya gəlib, oturub danışacaqdıq. Amma o, çıxıb belə bir açıqlama verib. Mən də mətbuatdan öyrəndim. Sevdiyimi inkar edə bilmərəm. Allahın yazdığı yazıya qarşı çıxmaq olmaz, bir mələkdən ayrılmaq çətin olsa belə... Ebru “qurtardı” deyirsə, deməli hər şey bitdi. Xeyirlisi...”.