Mədəniyyət

“Simpsonlar” serialının ssenari müəllifi və prodüseri Sam Simon dünyasını dəyişib

Metbuat.az

[ 10 Mart 2015 10:31 ]



Bakı. Cavid Zeynallı - APA. Məşhur “Simpsonlar” serialının ssenari müəllifi və prodüseri Sam Simon dünyasını dəyişib.

APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, yazıçı Los-Ancelesdə öz evində vəfat edib.

Məlumata görə, S.Simon 2013-cü ildən bağırsaq xərçəngindən əziyyət çəkirdi. O, serial ssenariləri ilə yanaşı, televiziya komediyaları üzərində də çalışırdı. S.Simon həmçinin sahibsiz itlərə kömək məqsədilə xeyriyyə fondu yaratmışdı.