Şou
“Sevgimizi sübut etməyə ehtiyacımız yoxdur”
Müğənni Kənan Doğulunun aktrisa həyat yoldaşı Beren Saat 8 mart bayramı ilə bağlı fərqli fikirdədir.
Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, aktrisa sosial şəbəkədə həmin günlə əlaqədar düşüncələrini paylaşıb:
“Biz 14 fevralı, 8 martı qeyd etmirik. Digər günlərdəki kimi bir-birimizin yanında olsaq, bəsdir. Bir-birimizə olan sevgimizi sübut etməyə ehtiyacımız yoxdur. Zəhmətkeş qadınların, həm işləyən, həm də övladlarını böyüdən xanımların bayramı iki dəfə mübarək olsun!”.