Sosial
ANS PRESS
Sevdiyi qıza görə qonşusunu öldürdü
Martın 9-da Göyçay rayonunun Çaxırlı kəndində sevgi üstündə cinayət törədilib.
ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, kənd sakini Elşən Məmmədov münaqişə zəminində qonşusu Rahib Əliyevə bıçaqla xəsarət yetirib. O sonradan hadisə yerindən qaçıb.
Xəstəxanaya yerləşdirilmiş R.Əliyev martın 10-da orada ölüb.
Məlumata görə, Elşən Məmmədov Rahib Əliyevi sevdiyi qıza görə öldürüb. Belə ki, gənclərin hər ikisi subay olub və onlar bir qızı sevirmiş. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Faktla bağlı Göyçay rayon polis şöbəsi əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
MənbəANS PRESS