Şou

Sevda Ələkbərzadənin həyat yoldaşı oxudu - FOTO

Metbuat.az
ABŞ-ın Hyuston şəhərindəki Azərbaycan Mərkəzi Novruz bayramı münasibətilə silsilə tədbirlər təşkil edib.

AZƏRTAC

bildirir ki, mərkəz “Hyuston azərbaycanlıları” Assosiasiyasının və ABŞ Azərbaycanlıları Şəbəkəsinin dəstəyi ilə martın 15-də Azərbaycanın məşhur şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “sürətli şahmat” üzrə ikinci ənənəvi turnir keçirib. Turnirdə Hyustonun Azərbaycan icmasının üzvləri ilə bərabər, beş ölkənin nümayəndələri, habelə yerli şahmatsevətlər iştirak ediblər. “Center64 Chess” klubunda keçirilən turnirin qaliblərinə təşkilatçılar tərəfindən mükafatlar təqdim olunub.



Azərbaycan Mərkəzi martın 18-də "Goldberg B’nai B’rith” ahıllar evinin sakinləri üçün azərbaycanlı müğənni

Kamiyar

ın və pianoçu

Nərgiz Ceffus

un iştirakı ilə konsert təşkil edib.



Martın 20-də isə Mərkəzin təşkilatçılığı ilə ənənəvi qala-konsert keçirilib.






Milli.Az