Ölkə

Sərnişinin 5250 qutu xarici markalı siqareti müsadirə edilib

Metbuat.az

Bakı, 4 mart,

AZƏRTAC

 


Aksiz Baş Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən ölkəmizə qaçaqmalçılıq yolu ilə gətirilən küllü miqdarda siqaret aşkar olunub.


Dövlət Gömrük Komitəsindən

AZƏRTAC

-a bildiriblər ki, İlkin Bədəlovun idarə etdiyi “Mercedes Benz E 200” markalı minik avtomobilində sərnişin qismində əyləşmiş Rac Süleymanova məxsus 5250 qutu xarici markalı siqaret aşkar edilərək götürülüb.


Faktla bağlı təhqiqat aparılır.