Şou
"Sənəti olmayanlar efiri zəbt edib"
Müğənni Nurlan Əzizbəyli gənc ifaçılardan şikayətlənib
Milli.Az axşam.az-a istinadən xəbər verir, sənətçi “Yeri gəlmişkən” verilişində gənclərin bir-birini təkrarladığını bildirib:
“İndi sənəti olmayanlar efirləri zəbt edib. Hansı kanalı açırsan, eyni simalar, səsi olmayanlar. Belə olmaz axı. Bizim istedadlı sənətkarlarımız var, hamısı qalıb kənarda. İndiki ifaçılar bir-birinə bənzəyir, eyni tərzdə oxuyur. Üzlərinə baxmasan, təqdimatı eşitməsən, elə bilərsən ifa edən bir adamdır. İstedadlılara da imkan yaradılmalıdır. Onsuz, istedadsız harda olsa, özünə yer tapacaq. Mən yerimdə saymıram, sənətimlə məşğulam. Gərək efirlər özləri dəvət etsinlər, mən də gedim istedadımı, yeniliyimi nümayiş etdirim. Yoxsa, verilişdən zəng edirlər ki, gəlin, amma qalmaqal edəcəyik".
Milli.Az
Milli.Az