Mədəniyyət

Sənətçilərimizə "Zirvə" verildi (VİDEO)

Metbuat.az

Bu gün ölkədə milli teatr günü qeyd olunur. Milli teatrın tarixi düz 142 il əvvəl səhnələşdirilmiş ilk tamaşadan başlayır. 1873-cü ilin martında Mirzə Fətəli Axundovun “Lənkəran xanının vəziri” və “Hacı Qara” əsərləri səhnələşdirilmişdi.



Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Dövlət Musiqili Teatrında mədəniyyət və incəsənət nümayəndələrinə “Zirvə” mükafatı təqdim olunub.



ANS TV-nin əməkdaşı: “Zirvə” mükafatına kimlər layiq görüldü?” sualını cavablandırıb: “Hazırda “Zirvə” mükafatı təqdimatı başa çatıb. Mükafatın təqdimat 7-di nominasiya üzrə keçirilib. Xatırladım ki, 8 ildir ki, təsis olunan “Zirvə” mükafatı, artıq 7-ci ildir ki, incəsənət nümayəndələrinə təqdim olunur. Əvvəllər hər il verilən mükafat, sonradan iki ildən bir verilməyə başlanılıb.



Artıq mükafat - teatr, musiqi, təsviri sənət və kino sahələrini əhatə edən 7 nominasiya üzrə sahiblərinə təqdim olunub. Teatır sahəsi üzrə nominaiyasın Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrına verilib. Yerdə qalan 6 nominasiya üzrə “Zirvə” mükafatına Xəyyam Mirzəzadə, Yalçın Adıgözəlov və digər tanınmış incəsənət nümayəndələri layiq görülüb.



“Zirvə” mükafatın təddimatından mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək Azərbaycan teatrının bu günündən danışıb: “Bu gün Azərbaycan teatrları elə bir beynəlxalq teatrlar assosasiyası, qurumu yoxdur ki, oranın üzvü olmasın. Eyni zamanda onların tədbirlərində fəal bir şəkildə iştirak etməsin. Və teatr sahəsində əldə etdiklərimiz naliyyətlər haqqında dünya ictimayyətinə məlumat verilməsin. Azərbaycan dramaturgiyası, eləcə də Azərbaycan teatr sənətləri dünyanın bəlkə də 50-dən çox ölkəsində tamaşaya qoyularaq səhnələşdirilib".



Qeyd edək ki, incəsənət nümayəndələrinə “Zirvə” mükafatın ilk namizədlərinə mükafatları məhz nazir özü təqdim edib”.



Mənbə
ANS TV: Çinarə Vaqif