Şən və Hazırcavablar Klubunun ikinci liqası başlayır
Bakı. 16 mart. REPORT.AZ/ 1 aprel - Beynəlxalq Gülüş günündə
Heydər ƏliyevSarayında Şən və Hazırcavablar Klubunun ikinci liqasının konsert-tamaşası nümayiş etdiriləcək.
"Report" xəbər verir ki, gecənin aparıcısı Aleksandr Maslyakov (oğul) olacaq. Azərbaycan Liqasının baş redaktoru Dmitrin Kolçindir.
Gecənin qonaqları qismində Gürcüstanın "Köhnə Tbilisi", Rusiyanın "Kembric" komandaları iştirak edəcək.
Həmçinin, gecədə DALS populyar qrupunun konserti də gözlənilir. Azərbaycanın "Bakı yığması" komandası da gecənin qonaqları arasında olacaq.
KVN konsert-tamaşasının təşkilatçıları Azərbaycan
Gənclər və İdman Nazirliyi, Azərbaycan Şən və Hazırcavablar Klubu, "AMİK", Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu və
SOCAR-dır
Azərbaycan Şən və Hazırcavablar Klubu Rusiyanın Azərbaycanlı Gənclər Birliyininin sədri
Leyla Əliyevaya verdiyi dəstəyə görə təşəkkür edib.
Qeyd edək ki, Azərbaycan Liqasının Kuboku uğrunda yerli komandalarla yanaşı, əcnəbi komandalar da yarışacaq.
Gecədə Azərbaycanı "Çak Norris", "Kuraj", "Miraj" "BDU","Yumorun Kapitanı", "Baksovet", "Olimpiya Yığması", "Wall Street", Sumqayıt, Gəncə, Yığma Komandası, Yesentukinin Yığma Komandası, Qazaxıstanın "TexNAP-Politex", "Kapital", Rusiyanın "Maşa+Saşa" Komandası və Gürcüstanın "Tbilisi Yığması" iştirak edəcək.