Sosial

Şəkidə fənn olimpiadasının zona turu keçirilib

Metbuat.az
Şəkidə fənn olimpiadasınınm zona turu keçirilib. Olimpiadada Şəki, Oğuz, Qəbələ, Qax , Zaqatala və Balakən rayonlarından gəlmiş 9-11-ci sinif şagirdləri iştirak ediblər.

Milli.Az Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, biologiya, riyaziyyat və kimya fənləri üzrə keçirilən zona turunda 301 şagird iştirak edib. Fənlərdən asılı olaraq şagirdlərə 20-30 sual təqdim olunub. Humanitar fənlər üçün 1.30 saat , texniki fənlər üçün isə 3 saat vaxt ayrılıb.

Bu mərhələdə yüksək nəticə göstərən şagirdlər bu ilin aprel ayında keçirilməsi nəzərdə tutulan respublika turunda iştirak edəcəklər.

Olimpiadanın keçirilməsində məqsəd şagirdlərin bilik və savadlarının dəyərləndirilməsidir.

Milli.Az