Sosial
Milli.Az
Şəkidə evlərin qiyməti qalxıb
Şəkidə evlərin də qiymətində artım müşahidə edilir.
Milli.Az Kanal S-ə istinadən bildirir ki, dolların məzənnəsinin manata nisbətdə 34% qalxması bir çox sahələrdə olduğu kimi, daşınmaz əmlak satışında da qiymətlərin dəyişməsinə səbəb olub. Əslində qiymətlər olduğu kimi qalıb. Yəni əvvəllər də 20 min dollar olan ev indi də eyni qiymətədir. Lakin məzənnənin dəyişilməsi ortaya fərqli mənzərə çıxarıb. Mövcud vəziyyət isə ev alqı-satqısına öz təsirini göstərib. Evlərin qiymətlərindəki artımın dolların məzənnəsinin düşməsinədək davam edəcəyi ehtimal edilir.
Milli.Az