Ölkə

Şəkidə aztəminatlı ailələrə bayram sovqatı paylanılıb

Metbuat.az

Şəki, 18 mart,

AZƏRTAC

Novruz bayramı münasibətilə Şəkidə 300-dən artıq aztəminatlı, imkansız ailəyə müxtəlif çeşiddə ərzaq məhsullarından ibarət bayram sovqatı paylanılıb.


AZƏRTAC

xəbər verir ki, bayram ərəfəsində rayonun icra strukturlarının nümayəndələri yerlərdə əhalinin aztəminatlı təbəqələri, o cümlədən şəhid ailə üzvləri, müharibə əlilləri, ahıl, tənha və kimsəsizlərlə, həmçinin məcburu köçkün ailləri ilə görüşüb, gətirdikləri ərzaq yardımı ilə onları sevindiriblər.