Mədəniyyət

Şəki Teatrı Beynəlxalq Teatr Gününü premyera ilə qeyd edəcək

Metbuat.az

"Report" xəbər verir ki, martın 27-də teatrın səhnəsində "Oğru" tamaşası nümayiş ediləcək.


Tamaşanın müəllifi Əhməd Orucoğludur. Əsərə Əbülfət Salahov quruluş verib. Əsas rolları Xanlar Həşimzadə, İqrar Salamov, Çinarə Səmədova və başqaları ifa edir. Şəki Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Mirbala Səlimlidir.


Tamaşa Beynəlxalq Teatr Günündə martın 27-də teatrsevərlərə təqdim ediləcək.


Qeyd edək ki, bu günlərdə Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı

Mədəniyyət və Turizm Nazirliyi

nin təsis etdiyi “Zirvə” mükafatına layiq görülüb.