Sosial

Səhiyyə Nazirliyindən 19 saxta diplomla bağlı AÇIQLAMA

Metbuat.az
21 tibb işçisi barədə məsuliyyət tədbirləri görülüb

2015-ci ilin ötən iki ay ərzində Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin “161-qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş 86 şikayətə Səhiyyə Nazirliyində baxılıb.



Səhiyyə Nazirliyinin Hüquq və Daxili Nəzarət Sektorundan

APA

-ya bildirilib ki, aparılan araşdırmalar zamanı müəyyən edilmiş pozuntu faktları üzrə 21 tibb işçisi barədə məsuliyyət tədbirləri görülüb, 71 şikayət əsassız hesab edilib.



Bundan əlavə, görülmüş yoxlama tədbirləri nəticəsində 19 saxta diplom aşkar olunaraq, toplanmış materiallar Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib.



Milli.Az