Mədəniyyət

Şəfiqə Məmmədovaya "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" verildi

Metbuat.az
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ş.H.Məmmədovaya “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nun verilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Şəfiqə Haşım qızı Məmmədovaya “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” verilsin".

Milli.Az