Ölkə

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Şamaxıda vətəndaşları qəbul edəcək

Metbuat.az

Bakı, 11 mart,

AZƏRTAC

 


Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov martın 17-də saat 11:00-da Xidmətin Şamaxı rayon şöbəsinin inzibati binasında (Şamaxı şəh. Şirvani küç. 69) Şamaxı, Qobustan, İsmayıllı və Ağsu rayonlarının sakinlərini qəbul edəcək.


Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən

AZƏRTAC

-a bildiriblər ki, qəbula yazılmaq istəyən vətəndaşlar martın 16-dək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon bölmə və şöbələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.