Sosial

Sədr ABŞ Universitetinin imamını qəbul etdi

Metbuat.az

Dövlət Komitəsinin sədri ABŞ-ın Corctaun Universitetinin imamı Yəhya Hendini qəbul edib.



ANS PRESS-in Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüş “Amerika günləri” festivalı çərçivəsində baş tutub.



Görüşdə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanın tolerantlıq ənənələri, dövlətin multikultutalizm siyasəti, dini konfessiyalar arasındakı münasibətlərdən danışıb. O bildirib ki, Azərbaycanda dini etiqad azadlığı tam təmin olunub, ölkədə dinə göstərilən dövlət qayğısı bütün konfessiyaları əhatə edir.



Corctaun Universitetinin imamı Yəhya Hendi Azərbayacana səfərindən və burada keçirdiyi görüşlərdən danışaraq qeyd edib ki, artıq ikinci dəfədir ölkəmizə səfər edir. Dini icmalarla keçirdiyi görüşlərdən bəhs edən Yəhya Hendi ölkəmizdəki dini tolerantlıqdan, dini icmaların fəaliyyətindən məmnunluq duyduğunu, Azərbaycanın tolerantlıq modelinin bütün dünya üçün nümunə ola biləcəyini vurğulayıb.

Mənbə
ANS PRESS