Maraqlı
Seda Sayandan oğluna 12 milyon dollarlıq hədiyyə - FOTO
Türkiyənin məşhur müğənnilərindən biri
Seda Sayanoğlu, 23 yaşlı
Oğulcan Enginin ali təhsili başa vurması ilə bağlı ona möhtəşəm hədiyyə edib.
İtaliyanın Milan şəhərindəki European Shool Of Economics-dəki təhsilini bu yay başa vuracaq Oğulcan Enginə anası İstanbulun Cihangir səmtində 12 milyon dollarlıq bina satın alıb.
Milli.Az Hürriyet-ə istinadən bildirir ki, binanın rekonstruksiya layihəsi memar Fırat Bozfırata həvalə olunub.
Binanın tam rekonstruksiya və təmiri ilə bağlı işləri isə O.Enginin atası Sinan Engin maliyyələşdirəcək.
Cihangir səmtində, Susam Sokak-da yerləşən ikimərtəbəli binanın təmiri 4 milyon dollara başa gələcək.
Oğulcan Enginin dediyinə görə, şirkətinin baş ofisi bu binada olacaq.
Milli.Az