Sosial

Saray qəsəbəsində yanğın baş verib

Metbuat.az

Bakı. 24 mart. REPORT.AZ/ Abşeron rayonunun Saray qəsəbəsində yanğın baş verib.


"Report"un

Fövqəladə Hallar Nazirliyi

nə (FHN) istinadən verdiyi məlumata görə, vətandaşa məxsus ümumi sahəsi 340 kv.m olan ikimərtəbəli evin 1-ci mərtəbəsində yerləşən 1 otağın yanar konstruksiyalarının bir qismi, 2-ci mərtəbədə 1 otağın döşəməsi və dam örtüyü yanıb.


Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.