Şou

Samirənin başına rəngli su tökdülər - video+fotolar

Metbuat.az

ATV-də yayımlanan “Səs verməyin!” verilişinin növbəti hədəfi meyxanaçı Samirə Yusifqızı olub.

Axşam.az-ın məlumatına görə, 1470 səs toplayan sənətçinin başına rəngli su və un tökülüb.

Fikirlərini bölüşən Samirə “Məni çox istədiklərindən səs veriblər. Həyəcandan nə deyəcəyimi bilmirəm” deyə, söyləyib.

Veriliş zamanı ifaçıya həmkarı Oktay Kamil sürpriz edib. O, canlı yayıma gələrək, S.Yusifqızına dəstək olub.