Şou

Samir Piriyev: "Müğənniliklə vidalaşacağam" - VİDEO

Metbuat.az
“Bizdə hamı toy tutmaq üçün oxuyur”

Müğənni

Samir Piriyev

“Region TV”də yayımlanan “Şou məkan” verilişinə eksklüziv açıqlamalar verib.



Müğənni şou-biznes aləmini sərt tənqid etməkdən çəkinməyib:



“Yenidən həyata gəlsəydim, heç vaxt müğənni olmazdım. Bu sənəti seçərdim, amma şou-biznesdə olmazdım. Düzü, özümü şou-biznesin nümayəndəsi hesab etmirəm. Mənim şou-biznesə heç bir aidiyyatım yoxdur, mən sənətimlə məşğulam. Azərbaycan şou-biznesində konsert anlamı yoxdur. Konserti də prestij üçün keçirirlər, heç kim konsertdən pul qazanmır. Şou-biznesimizdəki hər kəs toy tutmaq üçün oxuyur, hamı toyxana müğənnisidir. Şou-biznesdə səmimiyyət yoxdur. Sağlam rəqabətin olmaması məni üzür. Naşı insanlar var şou-biznesdə, hansı ki, onlar boş-boş danışırlar ancaq. İşlə məşğul olmaqdansa, lazımsız, etik normalara uyğun olmayan hərəkətlər edirlər”.



Sevilən sənətçi gələcəkdə müğənniliklə vidalaşacağını da açıqlayıb: “Mən bilirəm ki, nə vaxtsa çox güclü bir prodüser olacağam. Bir neçə ildən sonra öz sənətimlə vidalaşıb, sırf prodüserliklə məşğul olacağam. Sübut edəcəyəm ki, prodüserlik necə olur. O potensialı özümdə görürəm. 1-2 aya ulduz yaratmaq mümkün deyil. Ulduz gərək doğuluşdan ulduz olsun, sadəcə, onu görən prodüser lazımdır. Əfsuslar olsun ki, o bizdə bir qədər zəifdir”.



Tanınmış müğənni şəxsi həyatı ilə bağlı sualları da cavablandırıb: “Deyirlər ki, qız ataya, oğlan anaya oxşayanda xoşbəxt olur. Oğlum anasına oxşayır bir az, amma qızlarım kopiya özüməm”.



Sənətçi keçmişdəki peşmanlıqları haqda da danışıb: “Keçmişdə mənim haqqımı çox yeyiblər, onları xatırlayanda üzülürəm. Mən çox ağıllı insanam, amma insanlara həddindən artıq inanıram, ona görə də peşmanlıqlarım çox olur”.



Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.