Şou
Mənbə
ANS PRESS
Sami Yusufdan Azərbaycana müraciət (VİDEO)
Dünyanın ən məşhur müğənnilərindən biri olan azərbaycanlı Sami Yusuf Azərbaycandakı tamaşaçılarına müraciət edib. ANS PRESS-in məlumatına görə, müğənni Bakıda baş tutacaq konserti barədə danışıb.
"Azərbaycan, Bakıda Heydər Əliyev sarayında martın 14-15-də baş tutacaq konsertlə sizinlə görüşəcəyəm üçün çox həyəcanlıyam. Allah sizi qorusun".
ANS PRESS-in məlumatına görə, orkestrin müşayiəti ilə səhnəyə çıxacaq Sami Yusuf tamaşaçıları üçün mahnılarını canlı ifa edəcək.
Konsertin təşkilatçılarının verdiyi məlumata görə, “Sarı gəlin” adlanacaq proqramda Sami Yusif son “The Centre” albomunda olan mahnıları ifa edəcək.
Qeyd edək ki, sözügedən albomda xalq mahnımız “Sarı gəlin” həm Azərbaycan, həm də ingilis dilində Sami Yusif tərəfindən ifa edilib.
ANS PRESS