Sosial

Şamaxı sakini evində yanaraq ölüb

Metbuat.az

Bakı. 26 mart. REPORT.AZ/ Şamaxı şəhərində vətəndaşa məxsus ümumi sahəsi 108 kv.m olan birmərtəbəli 4 otaqlı evin 1 otağında yataq dəsti yanıb.


"Report"un

Fövqəladə Hallar Nazirliyi

nə (FHN) istinadən verdiyi məlumata görə, yanğının kəşfiyyatı zamanı ev sahibi 1960-cı il təvəllüdlü Soltanı Ağagül Əlbala oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.


Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.