Şou
Şakira məktəbli fotosunu paylaşdı
Kolumbiyalı müğənni Şakira sosial şəbəkədə 1984-cü ildə çəkilmiş fotosunu paylaşıb.
Axşam.az-ın məlumatına görə, ifaçı şəklin məktəb illərində lentə alındığını yazıb:
“Burada məktəb yaşlarındayam. Bütün dünyada təhsil ala bilməyən 31 milyondan çox qızın məktəbə getmək hüququ və arzularını yerinə yetirmək istəyi ilə həmrəy olduğumu göstərmək üçün paylaşdım”.