Şahzadə Çarlz qudasından narazıdır: "Sanki kraliça budur"
İngiltərə kraliçası II Yelizavetanın oğlu şahzadə Çarlz Middlton ailəsinin nəvəsini ona göstərməməkdə günahlandırıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, şahzadə Çarlz dostlarına taxtın 3-cü varisi sayılan 19 aylıq nəvəsi şahzadə Corcu az görməyindən gileylənib. Nəvəsinin əksər vaxtını Middlton ailəsində keçirdiyini deyən şahzadə Çarlz bundan narazı olduğunu dilə gətirib.
Qudası Karol Middlton haqqında “Sanki kraliça buymuş kimi davranır” deyən Çarlz onun nəvəsinə aid bütün qərarları verdiyini, nə vaxt yatıb, nə vaxt duracağına, hətta nə yeyəcəyinə qarışdığını deyib. Nəvəsini ona göstərmədiklərini, onunla doyunca vaxt keçirmədiyindən narazı olan Çarlz dostlarına Karolun oğlu Uilyamın da həyatına müdaxilə etdiyini söyləyib.
Qeyd edək ki, bu xəbər sosial şəbəkələrdə xeyli müzakirə edilib, istifadəçilərin əksəriyyəti nənələrin, xüsusən ananın anasının nəvə ilə daha çox maraqlandığını deyərək bunu normal adlandırıblar, digərləri isə şahzadə Uilyamın anası Diananın ölümünə görə hələ də atasını bağışlamadığını deyərək ona haqq qazandırıblar.