Ölkə
Şagirdlər kimya elminə maraq göstərirlər
Bakı, 11 mart,
AZƏRTACMartın 12-də Azərbaycan Milli Elmlər Akademiyasının akademik M.Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunda Bakı Avropa Liseyinin şagirdləri üçün “Açıq qapı” günü keçiriləcək.
İnstitutdan
AZƏRTAC-a bildiriblər ki, tədbirin keçirilməsinin məqsədi şagirdlərdə kimya elminə marağı artırmaqdır.
Tədbir çərçivəsində “Ağıllı-smart polimerlər” mövzusunda məruzə dinləniləcək. Şagirdlərə əyləncəli kimya təcrübələri göstəriləcək, kimya fənnindən viktorina keçiriləcək və qaliblər mükafatlandırılacaqlar.