Sosial
Milli.Az
Sabah Bakının bir hissəsi susuz qalacaq
Azərbaycan Sabah Bakının üç rayonunun su təchizatında məhdudiyyətlər yaranacaq.
"Azərsu"dan Milli.Az-a verilən məlumata görə, Bakı şəhəri Cəlil Məmmədquluzadə və Bakıxanov küçələrinin kəsişməsindən keçən 700 mm diametrli magistral su xəttində yenidənqurma işlərinin aparılması ilə əlaqədar martın 11-də saat 09:00-dan etibarən gün ərzində Səbail, Nəsimi və Yasamal rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
Milli.Az