Sosial

Sabah Azərbaycanda mülayim yaz havası proqnozlaşdırılır

Metbuat.az

Bakı. 26 mart. REPORT.AZ/ Həftənin cümə günü Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

nin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova "Report"a bildirib ki, martın 27-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 5-7, gündüz 11-16 dərəcə isti olacaq.


Martın 27-də Azərbaycan rayonlarında hava şəraiti əsasən yağmursuz, bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 4-8, gündüz 11-16, bəzi yerlərdə 19 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12, bəzi yerlərdə 15 dərəcə isti olacağı gözlənilir.


Tibbi meteroloji proqnoza gəlincə, martın 27-si və 28-də Abşeron yarımadasında mülayim yaz havası komfort temperatur şəraiti əhaliyə xoş təsir bağışlayacaq.