Sosial

Sabah 20 dərəcə isti olacaq - HAVA PROQNOZU

Metbuat.az

Bakıda və Abşeron yarımadasında  martın 7-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Lent.az-a bildirib ki, sabah cənub küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 3-5, gündüz 10-15 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sabah hava  əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək və ayrı-ayrı yerlədə arabir güclənəcək.

Havanın temperaturunun gecə 0-5, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 10-15 isti olacağı gözlənilir.  Martın 8-də ölkə ərazisində güclü şimal küləkliyi əsəcək. Temperatur bir neçə dərəcə aşağı düşəcək.