Sosial

Sabah 16 dərəcə isti olacaq

Metbuat.az

Bakıda və Abşeron yarımadasında martın 11-də hava şəraiti dəyişkən buludlu olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, hava şəraiti əsasən yağmursuz keçəcək. Cənub küləyi əsəcək, gündüz  arabir güclənəcək. Havanın temperaturu gecə 3-5 dərəcə isti, gündüz 8-12 dərəcə isti olacaq.

Rayonlarda sabah hava şəraiti yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 0-5 dərəcə, gündüz 11-16 dərəcə isti olacaq. Dağlıq rayonlarda gecə 0-5 şaxta, yüksək dağlıq ərazilərdə 12-17 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.