Mədəniyyət

Rüstəm Behrudi ağır əməliyyat keçirib

Metbuat.az

Şair Rüstəm Behrudi səhhətindəki problemlə əlaqədar əməliyyat olunub.

Lent.az-ın xəbərinə görə, bu barədə aznews.az-a şairin özü danışıb. O, onurğa beynindən əməliyyat keçirdiyini bildirib: “Əməliyyat çox ağır keçdi. Artıq evdəyəm. Müalicəm ev şəraitində davam edir”.

Qeyd edək ki, Rüstəm Behrudi 2 ildir ki, bu xəstəlikdən əziyyət çəkirdi.