Sosial

​Rusiyada ödəmə terminalını yarmaq istəyən azərbaycanlılar yaxalanıb

Metbuat.az

Bakı. 17 mart. REPORT.AZ/ Rusiyanın Kursk vilayət polisi ödəmə terminalından pul vəsaiti oğurlamağa cəhd göstərməkdə şübhəli bilinən azərbaycanlıları saxlayıb.


"Report" xəbər verir ki, hadisə gecə saatlarında vilayət mərkəzinin Drujba prospektində baş verib.


Ərzaq mağazasının satıcısı hadisə yerinə polis çağırıb.


Dörd nəfər kişi alətlərin köməkliyi ilə terminalın ağzını açmağa çalışıb. Mühafizəçilər onlardan biirini saxlaya bilib, digərləri qaçıb. Lakin növbəti gün hadisənin digər iştirakçıları da həbs olunub. Onların üzərinə baxış zamanı bir ədəd pnevmatik tapança aşkar edilərək götürülüb.


"Bu işin araşdırılmasında hadisə yerindən bir qədər aralıda quraşdırılmış videomüşahidə kamerasının qeydlərindən istifadə olunacaq", - deyə

Daxili İşlər Nazirliyi

nin Kursk şəhəri üzrə İdarəsinin mətbuat xidmətinin məlumatında bildirilir.


Baş tutmayan oğurluq aktına görə həmyerlilərimiz 5 ilədək həbs cəzası ala bilərlər.