Sosial

Rusiyada azərbaycanlı öldürüldü

Metbuat.az

Rusiyanın Tver şəhərində azərbaycanlı bıçaqlanaraq öldürülüb.



ANS PRESS-in məlumatına görə, hadisə 27 martda baş verib. 29 yaşlı azərbaycanlı Levitan küçəsində 28 nömrəli evin yanında "90's REMIX ClubTver" klubundan 80 metr aralıda bıçaqlanıb.



Şahidlərin sözlərinə görə 28 nömrəli marşrut sürücüsü öz avtobusunda apardığı sərnişin tərəfindən bıçaqlanıb. Meyitdə çoxlu bıçaq yarası aşkarlanıb. Mərhumun qarın və ürək nahiyəsinə bıçaq vurulub.



Ölüm hadisəsinin səbəblərini hüquq mühafizə orqanları müəyyənləşdirəcək.


Mənbə
ANS PRESS