Şou
Röyanın qardaşından yeni mahnı - audio
Müğənni Röya Ayxanın qardaşı, gənc ifaçı İsmayıl Nəcəfov yaradıcılıq işindən danışıb.
Axşam.az-ın lent.az-a istinadən məlumatına görə, İ.Nəcəfov deyib ki, ifaçılıq fəaliyyətində iddialıdır:
“Bir neçə yeni mahnılar üzərində işləyirəm. Müğənniliyə iddialıyam. Buna görə də üzərimdə çalışıram. “Aşk beni sevmədi” adlı türk mahnısını lentə aldırmışam. Bəstənin seviləcəyinə inanıram. Bəstə nakam sevgidən bəhs edir. Akustik versiyada olan mahnını xeyli müddət idi ki, hazırlayırdım. Nəhayət, aranjiman işi tamamlandı. Düşünürəm ki, bəyəniləcək. İşlərim bununla bitmir. Növbəti yeni mahnılarımı bir müddət sonra təqdim edəcəyəm”.
İ.Nəcəfovun ifasında “Aşk beni sevmədi” adlı mahnını təqdim edirik.