Şou

"Röyanı, görüm, səhərə sağ çıxmasın" - FOTO

Metbuat.az
Onları şou-biznes aləmində çox küsüb-barışan görmüşük. Bir-biriləri ilə qol-boyun olub öpüşüb-görüşən vaxtları da olur, küsüb, bir-birinə arxa çevirən vaxtları da. Amma bu dəfə onları ancaq bir ampluada, mehriban, bir-biriləri ilə qol-boyun, sarmaş-dolaş görəcəksiniz. Ölkəmizin ən məşhur simalarını tək yox, cüt - "sarmaş" və "dolaş" olaraq təsəvvür elədik. Nə qədər maraqlıdır gizli sevgilər, dostluqlar və ailə qurmuş cütlüklər?!
 
Milli.Az ATV.az-a istinadən xəbər verir ki, yeni layihənin ilk qonaqları isə çoxsaylı fanat ordusu olan Röya Zamiqdir:
 
- Röya və Zamiq, neçə ildir dostsunuz?

Röya: 2008-ci ilin sonlarından dostuq. O vaxta kimi salam-sağolumuz var idi. Hörmət edirdim, görəndə deyirdim ki, Zamiq tərbiyəli uşaqdır, yaxşı oğlandır.
 
Zamiq: Mən də deyirdim ki, Röya çox yaxşı qızdır (gülür).
 
- İllərin dostlarının eyni səhnəni bölüşməsi necədir?

Röya: Mən xoşlayıram. Duet iki ifaçının sevənlərini birləşdirmək deməkdir. Mən oxuyuram onunla və artıq bizim sevənlərimiz birləşir. Sabah onun arxasınca danışanda mənim sevənlərim ayağa qalxır, həmin kəslərin cavabını verir, mənim arxamca danışanda isə onunkular... Duet əslində bu işi görür. Gəncləri, fanat ordusunu bir yerə yığır.
 
Zamiq: Əvvəl biz bir-birimizi insan kimi çox istəmişik. Sonra dost olmuşuq. Sonra görmüşük ki, bizim musiqi zövqlərimiz də üst-üstə düşür. Həm dostuq, həm də ki, bir-birini anlayan duet ortaqları.
 
- Röya, Zamiq necə dostdur?

Röya: Yaxşı. Düzdür, demişəm ona ... Adama nə zəng vurar, nə mesaj yazar. Ancaq mən həftədə iki dəfə səsli sms yollayıram ona.
 
Zamiq: O gün bəzəyib-düzəyib məni özünəməxsus sözləri ilə ki, ay Zamiq, mən sənə həftədə iki dəfə yazıram, sən niyə yazmırsan ki?
 
Röya: Donuz, eşşək şəkilləri atıram ona... (gülürlər).
 
Zamiq: Deyirəm ki, Röya, ondansa heç yazma.
 
Röya: Mən söz yazmasam da, şəkil atıram ki, bax, mən varam, bil!
 
- Öz aranızda bir-birnizə necə müraciət edirsiniz?

Zamiq: Mən ona son zamanlar Roşka deyirəm, Röya amma mənə Zamiq deyir, elə öz adımı.
 
- Röyadan soruşdum, Zamiq necə dostdur, bəs yaxşı, Röya necə dostdur?

Zamiq: Vallah, Röya çox-çox yaxşı dostdur. Röya dar günün dostudur. Eşitsə, dostunun hansısa problemi var, o dəqiqə zəng edəcək, istəyəcək həmin insana kömək etsin. Nəinki mənə, Röya bütün dostlarına qarşı elədir.
 
- Guya ki, heç küsməmisiniz?

Röya: Biz yemək yeyəndə də bir-birimizdən küsürük, beş dəqiqənin içində həm küsürük, həm də barışırıq.
 
Zamiq: Röya mahnının əvvəlində küsür, sonunda barışır.
 
- Ən birinci barışıq addımını kim atır?

Röya: Özüm. Çox yaxın adamdırsa, özüm, sevmədiyim adamdırsa, önəmsəmirəm.
 
Zamiq: Şükür Allaha ki, bizim elə də qlobal davamız düşməyib.
 
- Röya başqaları ilə duet oxuyanda qısqanmırsan?

Zamiq: Yox, əksinə, baxıb sevinirəm.
 
Röya: Aaaa... mən amma qısqanıram. Əlbəttə, qısqanıram. Mən Zamiqi "İnstagram"dan silmişəm. Çünki bir nəfərlə şəkil qoymuşdu.
 
Zamiq: Onu demir, musiqini deyir...
 
Röya: Fərqi nədir ki, istər musiqi, istərsə də bir yerdə otur. Görəndə kimləsə duet oxuyur, deyirəm ki, Allah heç xeyir verməsin.
 
Zamiq: Görürəm, artıq o mahnını kimləsə oxuyub, nə deyə bilərəm ki?! Deyirəm, Allah xeyir versin.
 
Röya: Amma o da Xəyyamla duetim üçün deyir ki, heç xeyrini tapmayasınız.
 
Zamiq: (təəccüblənir) Hiii... Elə demişəmsə, Röyanı, görüm, səhərə sağ çıxmasın! (gülürlər) Əgər elə demişəmsə...
 
Röya: Bu müsahibə elə qarğışlardan ibarət oldu. Vaxsey...

Milli.Az