Mədəniyyət

Rostropoviçlərin ev-muzeyində İohann Sebastyan Baxa həsr olunmuş musiqi gecəsi keçiriləcək

Metbuat.az

Bakı, 22 mart,

AZƏRTAC

Martın 30-da Rostropoviçlərin ev-muzeyində görkəmli violonçelist M.Rostropoviçin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar dahi alman bəstəkarı İohann Sebastyan Baxın 330 illiyinə həsr olunmuş musiqi gecəsi keçiriləcək.


AZƏRTAC

xəbər verir ki, tədbirdə ev-muzeyinin fondundan nadir eksponatlar əsasında sərgi təşkil olunacaq, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin istedadlı şagirdləri olan beynəlxalq və respublika laureatlarının konsert proqramı təqdim ediləcək.