Şou

"Rəqsanəni izləmirəm"

Metbuat.az

Prodüser Tolik müğənni Rəqsanə İsmayılovaya irad bildirib.

Axşam.az-ın məlumatına görə, o, “Top kimi şou”da İnstaqramda bir çox ifaçıların onu bezdirdiyini söyləyib:

“Bezdirici müğənniləri İnstaqramda izləmirəm. Çoxlarını çıxarmışam. Məsələn, Rəqsanə… Eyni formada yüz foto çəkdirir, paylaşır. Nə olub? Amma o demək deyil ki, Rəqsanə ilə danışmırıq. Münasibətim var, hətta onun qızını da izləyirəm. Mənə o qədər təhqirlər yazırlar ki, biabırçı söyüşlər. Heç birinə əhəmiyyət vermirəm. Bilirəm ki, çoxları müğənnilərdir. Başqa adla profil açıb, girir, ürəyindəkiləri yazır".

Tolik daha sonra maraqlı etiraf da edib. O, "Boynuma alıram, toyda bəzi müğənnilərin fonoqramını kəsdirirəm" deyə, bildirib.