Şou

Rəqsanə İsmayılova Türkiyənin məşhur müğənniləri ilə bir arada

Metbuat.az
Müğənni Rəqsanə İsmayılova türkiyəli məşhurlar Hülya Avşar, Gülbən Ərgən, Hadisə və Demet Akalınla eyni səhnəni paylaşacaq
Bu haqda sənətçi axşam.az-ın əməkdaşı ilə söhbətində deyib.

O, Türkiyədə “Qadına şiddətə yox!” adlı aksiya keçirəcəyini bildirib:



"Türkiyədə Şiddət Görən Qadınlar Qrumuna üzv olmuşam. Onlarla birlikdə konsert keçirəcəm. Həmin konsert bir müddət əvvəl Türkiyədə təcavüzə uğrayan və vəhşicəsinə öldürülən Özgəcanın xatirəsinə həsr olunacaq. Konsert zamanı Azərbaycanın qədim tarixini əks etdirən aksessuarların satışını təşkil edəcəm. Buradan çoxlu əşyalar almışam. Heç birinə qiymət qoymayacam. Kimin gücü nəyə çatsa, o qədər də ödəyib, əşyanı ala biləcək. Əldə edəcəyim gəliri də həmin qruma bağışlayacam. Konsertdə Türkiyənin məşhur “MB orkestrı” ilə çıxış edəcəm.



Gecədə Hülya Avşar, Hadisə, Demet Akalın, Gülbən Ərgən də oxuyacaqlar. Onlarla danışıqlar aparılıb, razılıqları alınıb. Türkiyədə məşhurlar şiddətə qarşı olan tədbirlərdə tez-tez çıxış edirlər, bizimkilər kimi vaxtım yoxdur deyib, qaçmırlar".



Yeniliklərindən danışan Rəqsanə Bakı-2015 Avropa Oyunları ilə bağlı kliplər çəkdirəcəyini də vurğulayıb:



"İyunda Azərbaycanda böyük bir hadisə gerçəkləşəcək: Bakı-2015 Avropa Oyunları. Bununla bağlı idman növlərimizin əks olunduğu bir neçə klip çəkdirəcəm. Həmin ekran işləri apreldə, Nizami Kino Mərkəzində təqdim olunacaq".



Milli.Az