Şou
Milli.Az
Rəqqasə Aytən 20 dəqiqə dayanmadı - FOTO
Ötən gün paytaxt məkanlarının birində oriental rəqqasə
Aytənin “Ərəb gecəsi” solo-konserti baş tutub.
Lent.az-ın məlumatına görə, azərbaycanlı rəqqasə gecədə Türkiyənin tanınmış modelyeri
Semih Doğruerin hazırladığı libasla səhnəyə çıxıb. Fasiləsiz 20 dəqiqə oriental oynayan Aytən konsertən sonra təəssüratlarını bölüşüb:
“Bu günə qədər Azərbaycanda heç bir rəqqasənin etmədiyi bir işi etdim. Təxminən 20 dəqiqə fasiləsiz oriental oynadım. Konsertim 3 hissədən ibarət idi. Gecədə məzdəkə, darbuka, həm də ispan ritmləri sədası altında oynadım”.
“Ərəb gecəsi” adlı konsertin təşkilatçı prodüseri Mikayıl Hüseynov olub.
Milli.Az