Repçilərimizin klipi Türkiyədə zirvəyə doğru yol alıb - FOTO
“Kəpəz” MTRŞ-nin əməkdaşı
Rəhman Fürqətoğlunun ekran həyatı verdiyi “Paxmel” klipi Türkiyənin EuroStar TV kanalında yayımlanan “Nelliylə Klipstar" top-8-liyinə düşüb.
Dünyanın bir çox ölkəsindən göndərilən mahnıların arasından seçilən 8 həvəskar klipin mübarizə apardığı yarışda əməkdaşımızın rejissoru olduğu klip izləyicilərin səsverməsi sayəsində ilk 5-likdə qərarlaşıb.
Rəhman Fürqətoğlu - “Kəpəz” televiziyasının əməkdaşı, klipin rejissoru: “Düşündük ki, fərqli mövzuda klip işləyək. Reper dostlarımızla bir araya gəldik və fikirləşdik ki, “Paxmel” mövzusunda klip işləsək, tamaşaçılar tərəfindən maraqla qarşılanar. Beləliklə, biz bir ilkə imza atmış olarıq”.
Yumoristik mövzuda çəkilən klipin ifaçılarından biri -
Cavidan Orucovda televiziyamızın əməkdaşıdır.
Cavidan Orucov - “Kəpəz” televiziyasının əməkdaşı, reper: “Televiziya işçisi olmağıma baxmayaraq, rep ilə də məşğul oluram. Bir neçə repimiz var. Lakin onlar arasında tutarlı, uğurlusu bu oldu”.
Klipin adından da məlum olduğu kimi, hadisələr dağınıq ev şəraitində “paxmel” vəziyyətdə olan üç gəncin fonunda cərəyan edir. Yuxudan oyandıqdan sonra nəyin baş verdiyini anlamayan “dostlar”ın mövzu ilə bağlı maraqlı replikaları və hərəkətləri hər kəsdə təbəssüm yaradır. Çəkilişləri bir ay davam edən klipdə hər üç gənc - Cavidan Orucov,
Bozqurdvə
Dr. Blazerseçdikləri mövzunu dinləyicilərinə çatdırmaq üçün gərgin əmək sərf ediblər. Onlara bu yolda uğurlar arzu edirik.
Milli.Az