Sosial

​Qusarda inzibati bina, Daşkəsəndə isə ev yanıb

Metbuat.az

Bakı. 26 mart. REPORT.AZ/ Gecə saatlarında respublikanın bölgələrində - Daşkəsəndə və Qusarda yanğın hadisələri baş verib.


"Report" xəbər verir ki, Daşkəsən rayonunun Qazaxyolçular kəndində vətəndaşa məxsus ikimərtəbəli 7 otaqlı evin ikinci mərtəbəsində 5 otağın yanar konstruksiyaları və evə bitişik talvarın yanar konstruksiyaları yanıb.


Qusar rayonunun Köhnə Xudat kəndində isə 3 otağlı inzibati binanın yanar konstruksiyaları və əşyaları yanıb. Sənədlər və seyf yanğından mühafizə olunub.


Yanğın hər iki halda yanğınsöndürənlər tərəfindən söndürülüb.