Sosial
Görüşdə Azərbaycanda Qurani-Kərimin brayl əlifbası (
Qurani-Kərimin Azərbaycan dilinə tərcüməsi brayl əlifbası ilə nəşr olunacaq
Bakı. 16 mart. REPORT.AZ/
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri
Mübariz QurbanlıAzərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri
Səmyar Abdullayevi qəbul edib. Bu barədə "Report"a Komitənin mətbuat xidmətindən məlumat verilib.Görüşdə Azərbaycanda Qurani-Kərimin brayl əlifbası (
ciddi görmə problemli insanların oxuyub-yazması üçün tərtib edilən əlifba) çap olunmasının vacibliyi, bunun üçün mövcud imkanlar və digər məsələlər müzakirə olunub. Qeyd edilib ki, Dövlət Komitəsinin dəstəyi ilə Qurani-Kərimin Azərbaycan dilinə tərcüməsinin brayl əlifbası ilə nəşr olunması nəzərdə tutulub.
Görüşün sonunda Dövlət Komitəsinin sədri Səmyar Abdullayevə brayl əlifbası ilə çap olunmuş Qurani-Kərim hədiyyə edib.