Sosial

Quba-Xınalıq yolu bağlanıb

Metbuat.az

Ötən gündən başlayaraq Quba rayonuna yağmağa başlayan qar bir sıra fəsadlara səbəb olub.


 


APA

-nın məlumatına görə, güclü qarın yağması nəticəsində Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti məhdudlaşıb.


 


Quba 6 saylı Yol İstismar İdarəsindən (Yİİ) verilən məlumata görə, yolun 30-cu km-dən sonra Xınalıq istiqamətinə maşınların hərəkəti qeyri-mümkündür.


 


Hazırda yolun qardan təmizlənməsi və yolun açılması üçün əraziyə 5 saylı Yİİ-nin texnikası və canlı qüvvəsi cəlb olunub.



Milli.Az